Fransanın avtomobil istehsalçısı Citroen, Yaponiya istehsalı olan təhlükəsizlik yastıqlarında yaranan təhlükəli nasazlıq səbəbindən bütün Avropada məşhur C3 və DS3 modellərinin geri çağırılacağını açıqlayıb.
Marja xəbər verir ki, istehsalçı geri çağırmanın qarşıdakı həftələrdə Fransa, Almaniya, Macarıstan, İrlandiya, Moldova, İsveçrə və Ukraynada başlayacağını və daha sonra digər ölkələrə də yayılacağını bildirib.
Bu vəziyyət 400 mini Fransada olmaqla cəmi 869 min avtomobilə təsir edəcək.
2014-cü ildən bəri "Takata" təhlükəsizlik yastıqları ilə bağlı çoxsaylı ölüm halları qeydə alınıb, hansı ki, içəridəki qaz istiliyə və rütubətə reaksiya verdikdə partlayır və parçalar sürücünün üzünə dəyə bilir.
Volkswagen, Nissan, BMW və Toyota kimi iri istehsalçılar təhlükəsizlik yastıqları ilə təchiz edilmiş milyonlarla avtomobili geri çağırıb.