BMT Baş katibinin Haiti üzrə xüsusi nümayəndəsi Mariya İzabel Salvador Haitidəki humanitar böhranın həyəcan verici həddə çatdığını və ölkədə 6 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.Salvador BMT Təhlükəsizlik Şurasının Haiti ilə bağlı sessiyasında üzv dövlətlərə məlumat verib.Artan təhlükəsizlik böhranının BMT-nin əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd edən Salvador, BMT-nin paytaxt Port-o-Prinsə uçuşların dayandırılması və geniş yayılmış zorakılıq səbəbindən paytaxtdakı mövcudluğunu müvəqqəti olaraq azaltmaq qərarına gəldiyini bildirib.Mariya Izabel Salvador digər tərəfdən BMT-nin həyati yardım göstərməyə davam etdiyini də söyləyib: "BMT təhlükəsizlik şərtləri imkan verdiyi zaman mövcudluğunu artırmağa sadiqdir və personalın təhlükəsizliyini təmin etmək və onlara dəstək olmaq üçün təhlükəsizlik mühitini daim izləyir".Haitidəki humanitar böhranın həyəcan verici ölçülərə çatdığına diqqət çəkən Salvador, "Ölkə əhalisinin demək olar ki, yarısı olan 6 milyondan çox insanın humanitar yardıma ehtiyacı var" deyib.Salvador həmçinin ölkədə köçkünlərin sayının 3 dəfə artaraq 1 milyonu keçdiyini və onların yarıdan çoxunun uşaqlar olduğunu bildirib.Salvador qeyd edib ki, köçkünlərin sığındığı ərazilər həddindən artıq sıxdır və təmiz su, kanalizasiya və təhsil kimi əsas xidmətlərdən məhrumdur və ərzaq təhlükəsizliyi əhalinin 48 faizinə təsir edir.Mariya İzabel Salvador donorları əzabları azaltmaq və bərpanı dəstəkləmək üçün səxavətli töhfələr verməyə çağırıb və Haiti üçün 2025-ci il Humanitar Cavab Planı çərçivəsində 908 milyon dollara ehtiyac olduğunu qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta