AZ

Nigeriyada il başlayandan "Lassa" qızdırmasından ölənlərin sayı 22 nəfərə çatıb

Nigeriyada il başlayandan "Lassa" qızdırmasından ölənlərin sayı 22 nəfərə çatıb

Nigeriyada heyvanlardan insanlara keçən virus olan "Lassa" qızdırmasından ölənlərin sayı ilin əvvəlindən bu günə kimi 22 nəfərə çatıb.Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamada "Lassa" qızdırmasının epidemiyasının ölkənin 7 əyalətində yayılmağa davam etdiyi bildirilib.Açıqlamada ilin əvvəlindən bu günə kimi ölkədə 484 şübhəli "Lassa" qızdırması yoluxmasının aşkar edildiyi və onlardan 143-nün analizlərinin pozitiv çıxdığı bildirilib.Açıqlamada bu müddət ərzində epidemiyada həyatını itirənlərin sayının 22-yə çatdığı qeyd edilib.Qeyd edək ki, keçən il ölkə daxilində 190 adamın ölümünə səbəb olan epidemiyada hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edildiyini açıqlamışdı.

Seçilən
35
5
afn.az

6Mənbələr