AZ

Ramal: “Atam dünyasını dəyişərkən başının üstündə mahnı oxudum”

Müğənni Ramal İsrafilov “ATV”də yayımlanan “Gün ortası” verilişində verdiyi açıqlama ilə gündəmə gəlib. 

 

Pravda.az xəbər verir ki, o, atasının cənazəsinin üstündə mahnı oxuduğunu deyib: 

 

“Atamla eyni bürcdən idi. İkimiz də əkizlər bürcüyük. Ölümündən üç gün öncə mənə dedi ki, öləcəyini hiss edir. Mən isə səsimin tonunu yüksəltdim, bu haqda danışmağına imkan vermədim. Anam sonra dedi ki, gərək onun sözünü axıra qədər dinləyərdin.  Sonra halı pisləşdi, mən xəstəxanaya da gedə bilmədim. O isə deyib ki, Ramalın mahnılarını qoyun, qulaq asım. Atamla sağollaşmaq qismət olmadı. Qənirə Paşayevanın “Aç qapını bu quluna, ey Rəbbim!” şeirinin sözlərini mənə verdi, dedi ki, mənim üçün buna mahnı yazarsan. Atamın cənazəsinin üstündə həmin mahnını oxudum. Çox rahatam, ölümdən qorxmuram. Səhərlər dua edirəm ki, Allah birinci günahlarımı bağışlasın, mənə güc versin. Ölümdən söz düşəndə hamıya deyirəm ki, qorxmayın. Rəbbimiz o qədər böyükdür ki, düzəlmək istəyənlərə öz ruhunu göndərəcək. Mən çox keçməkeşli yollardan keçmişəm. Həmişə deyirdilər ki, ən dələduz, nadinc insanam. Indi isə böyümüşəm, kamilləşmişəm”. 

 

Tomris 

Tarix: 23 Yanvar 2025, 13:17   
Seçilən
13
pravda.az

1Mənbələr