AZ

Ağadadaşın işində şahidlər ifadə verdi

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

“MedEra Hospital”ın xadiməçisi Abbasova Xuraman bildirib ki, hadisə günü 06-45 radələrində işdə olub:

"Səhər işimi görərkən Ağadadaş Ağayevin söyüş söydüyünü eşitdim. Ağadadaş söyüş söyərək yaxınlaşırdı. Ağadadaş Ağayevin balta atdığının canlı şahidi oldum. Balta Nəzakət Paşayevanın ayağına dəydi. Nəzakət xanım daha sonra baltanı yerdən götürərək gizlətdi".

Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət oduğunu bildirib.

Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirib. Xalq artisti şahiddən bir neçə sual soruşub:

"Şahidin ifadəsi xalq artisti Ağadadaş Ağayevi də hiddətləndirib. Xalq artisti ona bir neçə sual ünvanlayıb:

"Siz deyirsiz balta bir-başa Nəzakət xanıma dəyib, amma yalan danışırsız. Əlimizdə videogörüntülər var. Oradan məlumdur ki, balta bir-başa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız".

Şahid “MedEra Hospital”ın xəzinədarı Aşurlu Güldəstə bildirib ki, 07-45-də işə gəlib:

"Mən işə gələrkən arxamdan bir nəfər əlində balta solumdan ötüb keçdi. Nalayiq ifadələr işlədirdi. Xəstəxanaya girdim qarşılıqlı dava getdiyinin şahidi oldum. Əşyalarımı yerləşdirdikdən sonra öz masama yaxınlaşdım. Həmin an içəri balta gəldiyini gördüm. Balta Nəzakət xanımın ayağına dəydi. Daha sonra Nurəddinin ağız-burnunun qan içində olduğunu gördüm. Qarşılıqlı bir-birlərinə söyüş söyürdülər".

Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov qeyd etdi ki, şahid ibtidai istintaqa verdiyi ifadə də iş masasına yaxınlaşdığı zaman hadisəni gördüyünü bildirsə də məhkəmə prosesində xəstəxananın həyətindəki şlaqbaunu keçdikdən sonra hadisənin şahidi olduğunu bildirib. Burada ifadələr arasında ziddiyyət yaranır. Şahidin nəzərinə çatdırıram ki, yalan məlumata görə məsuliyyət daşıyır.

Bununla da təqsirləndirilən Ağadadaş Ağayevin cinayət işi üzrə şahidlərin dindirilməsi prosesi başa çatıb.

Məhkəmə yanvarın 30-u davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
39
teleqraf.com

1Mənbələr