"Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili 'Gürcü Arzusu'nun təsisçisi Bidzina İvanişviliyə məxsus olan 8 min 986 bitkoini mənimsəmişdir".
Bu barədə Tbilisi Şəhər Məhkəməsindəki çıxışı zamanı prokuror Mixeil Sadradze açıqlama verib.
Onun sözlərinə görə, sözügedən bitkoinlərin dəyəri 2017-ci ildə təxminən 43 milyon ABŞ dollarına bərabər idi. Onun sözlərinə əsasən, Baçiaşviliyə qarşı irəli sürülən ittihamlar sübutlarla təsdiqlənir və sübutların əksər hissəsi sənədlərdən ibarətdir.
Cavid