"Opta" statistik platformasının superkompüteri "Mançester Siti"nin Çempionlar Liqasındakı perspektivlərini qiymətləndirib.
İdman.biz xəbər verir ki, "şəhərlilər" liqa mərhələsinin sonuncudan əvvəlki turunda PSJ-yə 2:4 hesabı ilə uduzublar.
Axırıncı tur ərəfəsində Xosep Qvardiolanın komandası 25-ci pillədə qərarlaşıb ki, bu da ona pley-off mərhələsinə yüksəlməyə imkan vermir.
"Opta"nın fikrincə, 63,8% ehtimalla “Mançester Siti” son oyunda evdə "Brügge"yə qalib gələ və pley-off zonasına yüksələ biləcək. İngiltərə klubunun Çempionlar Liqasında mübarizəni dayandırma şansı (24-cü yerdən aşağı) da 36,2% təşkil edir.
Qeyd edək ki, ümumi mərhələnin səkkiz turundan sonra 36 klubdan ibarət yekun cədvəl formalaşdırılacaq. Birbaşa 1/8 finala çıxacaq ən yaxşı səkkiz komanda müəyyənləşəcək, 9-24-cü yerləri tutan klublar isə 1/8 finala vəsiqə uğrunda pley-offda oynayacaqlar.
İdman.biz