AZ

Ermənistan TŞ katibi: Sülh danışıqları üzrə Azərbaycana təkliflər göndərmişik

Sülh danışıqları, delimitasiya və digər məsələlər üzrə sülh gündəliyi Ermənistan üçün prioritetdir.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Azərbaycana təkliflər göndərmişik (sülh danışıqları layihəsi üzrə) və Azərbaycanın reaksiyasını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gələ bilmədiyi iki maddəni əhatə edir. Bu maddələr barədə açıq danışmışıq. Ümid edirəm ki, həll yolları tapacağıq”, - Qriqoryan qeyd edib.

Seçilən
7
10
apa.az

10Mənbələr