AZ

ABŞ məhkəməsi fillərin insan olmadığına qərar verib

ABŞ məhkəməsi fillərin insan olmadığına qərar verib

ABŞ-ın Kolorado ştatında zooparkda 5 filin azad edilməsi üçün açılan iddia məhkəmə tərəfindən rədd edilib. Ali Məhkəmə fillərin qanuni olaraq insan sayıla bilməyəcəyinə qərar verib.Heyvan haqları müdafiəçiləri Missy, Kimba, Lucky, LouLou və Jambo adlı fillərin zooparkda əsirlikdə saxlandıqlarını əsas gətirərək, onların fil sığınacağına köçürülməsini tələb edərək məhkəməyə müraciət ediblər. Müraciətdə fillərin də həbsdə olan insan kimi qanuni hüquqlara malik olması lazım olduğu və habeas corpus prinsipi ilə azadlıqlarının istəndiyi iddia edilib.Bununla belə, Kolorado Ali Məhkəməsi 6-ya 0 səs qərarı ilə habeas korpusun heyvanlara deyil, yalnız insanlara aid olduğu qənaətinə gəlib. Məhkəmənin hakimlərindən biri Mariya Berkenkotter bildirib ki, fillər nə qədər koqnitiv, psixoloji və sosial cəhətdən inkişaf etmiş olsalar da, hüquqi olaraq insan sayılmırlar.Fillərin Çeyen Dağı Zooparkından çıxarılmasını və uyğun bir fil sığınacağına yerləşdirilməsini tələb edən Qeyri-İnsan Haqları Layihəsi (NRP) heyvanların emosional cəhətdən kompleks və ağıllı varlıqlar olduğunu bildirib. Qrup fillərin zooparkda əsirlikdə saxlandıqları üçün travma, beyin zədəsi və xroniki stress keçirdiklərini iddia edib.Zoopark rəhbərliyi ittihamları rədd edib. İş zamanı məhkəməyə təqdim edilən sənədlərdə fillərə fövqəladə qayğı göstərildiyi, yerli məhkəmənin də bu istiqamətdə qərar çıxardığı bildirilib.Ali Məhkəmənin qərarından sonra zoopark rəhbərliyi NRP-nin qaldırdığı iddianı əsassız adlandırıb və bunun vaxt və maddi itkilərə səbəb olduğunu bildirib. Qrup NRP-ni məhkəmə sistemindən sui-istifadə etməkdə ittiham edib.NRP bildirib ki, məhkəmə qərarında insandan başqa heç nəyin azadlıq hüququnun olmadığı bir daha qeyd edilib. Bəyanatda “Digər sosial ədalət hərəkatları kimi, kök salmış status-kvo ilə mübarizədə erkən itkilərlə üzləşmək təbiidir” ifadələri qeyd edilib.NRP daha əvvəl Nyu-Yorkdakı Bronx Zooparkında Happy adlı bir fil üçün iddia qaldırmışdı, lakin məhkəmə bu ərizəni də rədd etmişdi.

Seçilən
21
afn.az

1Mənbələr