Bakı. Trend:
İngiltərənin “Mançester Siti” komandası yeni transferiniaçıqlayıb.
Trend klubun rəsmi saytınaistinadən xəbər verir ki, “şəhərlilər” Almaniya “Ayntraxt”ındanOmar Marmuşun keçidini həll edib. Misir millisinin hücumçusu ilə2029-cu ilin yayınadək müqavilə imzalanıb.
25 yaşlı futbolçu yeni komandasında 7 nömrəli formada çıxışedəcək.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm “Ayntraxt”ın heyətində 26oyunda 20 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.