Cənubi Sudanda baş verən son hadisələrdən sonra internet provayderlərinə sosial mediaya girişi üç aylıq bloklama əmri verilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Milli Rabitə Qurumunun (NCA) internet provayderlərinə göndərdiyi məktub dərc olunub.
Məktubda əmrlə ölkədəki bütün internet provayderlərinə 22 yanvardan başlayaraq 90 gün müddətinə bütün sosial media hesablarına girişi bloklamaq tapşırılıb.
Bu qərara səbəb bir neçə gün öncə Vad Mədəni bölgəsində cənubi sudanlı qaçqın, qadın və uşaqların öldürülməsi videoya çəkilərək sosial mediada açıq şəkildə paylaşılması göstərilib.
Qeyd edək ki, hadisə yanvarın 16-da Cənubi Sudanın paytaxtı Cubada sudanlılara məxsus mağazalar talan edilərək dağıdıldığı zaman baş verib.
Hadisə zamanı 16 sudanlı həyatını itirib ərazidəki evlər yandırılıb.
Daha sonra Cənubi Sudan hökuməti bölgədə komendant saatı tətbiq edib və internet girişini bağlayıb.
Cəmalə