AZ

İstanbuldan Dəməşqə 12 ildən sonra ilk uçuş

Türk Hava Yolları 12 ildən sonra Suriyaya ilk uçuşunu həyata keçirib.

 

Oxu24.com xəbər verir  ki,yerli vaxtla səhər saat 09:00-da (Bakı vaxtı ilə 10:00) İstanbuldan havaya qalxan Airbus A330 təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına enib.

 

Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

 

Türk aviaşirkəti ilkin olaraq İsrail və İran vətəndaşlarını Suriyaya daşımayacağını açıqlamışdı.

 

Daşıyıcının saytında yenilənmiş memoda deyilir ki, qadağa yalnız İsrail vətəndaşlarına şamil edilir.

 

İran vətəndaşları Suriyaya daxil olmaq üçün yerli hakimiyyət orqanlarından icazə almalıdırlar.

Oxşar qayda xarici KİV nümayəndələrinə də aiddir.

Nigar

 

 

Seçilən
23
oxu24.com

1Mənbələr