AZ

Ukraynaya bu silahları elə Tramp vermişdi - Stoltenberq

Ukraynanı öldürücü silahlar, o cümlədən “Javelin” sistemləri ilə təchiz etməyə başlayan ilk ölkə ABŞ-dır və Amerika bunu Donald Trampın birinci prezidentliyi dövründə edib.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

“Yaxşı yadımdadır, 2014-2016-cı illərdə Krımdan sonra NATO ölkələrinin mövqeyi belə idi ki, Rusiyanı təxribata salmamaq üçün Ukraynaya öldürücü silahların verilməsinə ehtiyac yoxdur. Amma o silahların, o cümlədən “Javelin”in Ukraynaya verilməsi barədə qərar verən elə Prezident Tramp idi”, - Stoltenberq bildirib.

Seçilən
22
2
axar.az

10Mənbələr