AZ

Niyə internetdə Azərbaycan dilində məlumat qıtlığı var? VİDEO

Məlumat əldə etmək, araşdırmalar aparmaq və ünsiyyət qurmaq üçün ilk müraciət etdiyimiz mənbə axtarış motorları və sosial şəbəkələrdir. Amma tez-tez qarşılaşdığımız bir problem var. Azərbaycan dilində informasiya ya çox azdır, ya da ümumiyyətlə yoxdur.

Xezerxeber.az xəbər verir ki, marketoloq Tural Səmədovun sözlərinə görə, bunun əsas səbəblərindən biri insanların rəqəmsal davranışlarının hələ kifayət qədər inkişaf etməməsidir.  

Tural Səmədov deyir ki, məlumatların artırılması üçün əvvəlcə qlobal platformalarda olduğu kimi könüllü fəaliyyətlərə yer verilməlidir. məlumatlar və araşdırmalar paylaşılmalı və kontent yaradanlara investisiya yatırılmalıdır. Martekoloq qeyd edir ki, ana dilimizdə informasiyaların olmaması və ya məhdud olması nəticədə məlumat kirliliyinə və dezinformasiyaların yayılmasına səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
50
xezerxeber.az

10Mənbələr