“Meta” ABŞ-da məşhur məzmun yaradıcılarını “Facebook” və “Instagram”-a cəlb etmək üçün hər şəxsə 5000 dollara qədər pul ödəyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Meta” öz internet saytında açıqlama verib.
Bildirilib ki, məzmun yaradıcılarına platformaya qoşulduqdan sonra 90 gün ərzində ödəniş ediləcək. İştirakçılardan hər 30 gündə ən azı 20 “Facebook” və 10 “Instagram” video çarxı paylaşması tələb olunur. Həmçinin məzmun tamamilə orijinal olmalı və əvvəllər başqa platformalarda paylaşılmamalıdır.
Sözügedən təklif yalnız daha əvvəl “Facebook” və ya “Instagram”-da heç vaxt hesabı olmayan istifadəçilər üçün keçərlidir.