Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.
BAKU.NEWS Lent.az-a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Aysunun həyat yoldaşı, 30 saylı vəkil Ramil Vəliyev xəbəri təsdiqləyib:
“Bəli, doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdır. Artıq hər ikimiz nikahın pozulması ilə bağlı iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik”.
Qeyd edək ki, bu, Aysun İsmayılovanın ikinci evliliyi idi. O, R.Vəliyevlə 2 il öncə ailə qurub. Onların Sevgi adlı qız övladı var.