AZ

Krasnodarda bıçaqlanma hadisəsi törədən məktəbli ailəsi ilə birlikdə Ermənistana deportasiya edilib

Rusiyanın miqrasiya orqanları Krasnodardakı məktəblərdən birində bıçaqlanma hadisəsi törədən məktəblinin valideynlərini Ermənistana deportasiya edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Krasnodar məhkəməsi yeniyetməni silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilib və onu 30 min rubl (300 dollardan bir qədər çox) məbləğində cərimə edib. Məktəbli valideynləri ilə birlikdə ölkədən deportasiya edilib.

Hadisə dekabrın 6-da baş verib. Münaqişə zamanı iki yeniyetmə bıçaq xəsarətləri alıb. Daha sonra regionun əməliyyat qərargahı xəsarət alanların xəstəxanadan buraxıldığı və ambulator müalicə aldığı barədə məlumat yayıb.

Seçilən
19
report.az

1Mənbələr