Bakı. Trend:
Azərbaycanda doktorantura səviyyəsinin 1-ə endirilməsi təklifedilib.
Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü CeyhunMəmmədov komitənin bu gün keçirilən iclasında deyib.
"Önəmli məsələlərdən biri də “Ali təhsil haqqında” AzərbaycanRespublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti qanununqəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlərvar. Onlardan biri də Doktorantura səviyyəsinin 2-dən 1-əendirilməsidir. İnanıram ki, tezliklə Qanun qəbul ediləcək və butəhsilimizin inkişafına öz töhfəsini verəcək", - o bildirib.
Ceyhun Məmmədov Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgədinləmənin keçirilməsini də təklif edib:
“Birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm ki,fikir mübadiləsi üçün bu çox önəmli məsələdir. Təhsildə müəyyənproseslər gedir. Elə məsələlər var ki, bizim də bu barədəməlumatlandırılmağımız önəmlidir”.