AZ

Erməni deputat Aİ layihəsini təhlükəli avantürizm və saxta gündəm adlandırdı

O, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması mövzusunu və ümumilikdə bu istiqamətdə aparılan müzakirələri avantürist və saxta gündəm adlandırıb.

"Aİ ilə bağlı layihəmiz sadəcə ictimai sənəddir" - Mirzoyan
Minasyan parlamentdə keçirdiyi brifinqdə qeyd edib ki, hakimiyyət süni gündəmi təbliğ etmək əvəzinə, Ermənistan və Aİ arasında hələ 2017-ci ildə imzalanmış Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişində qeyd olunan layihə və təşəbbüsləri həyata keçirməlidir. Bu sənədin həyata keçirilməsi bütün sahələrdə genişmiqyaslı iş və islahatlar tələb edir. Üstəlik, sənəd Ermənistanı geosiyasi seçim qarşısında da qoymur.

Amma bunun əvəzində hakimiyyət indiki geosiyasi proseslər kontekstində son dərəcə təhlükəli və ciddi nəticələrə səbəb ola biləcək addımlar atır. "İrəvan rəsmiləri Ermənistan cəmiyyətində parçalanmaya səbəb ola biləcək, yeni gərginlik və qarşıdurma ocaqları açan mövzunu gündəmə gətirdi".

Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.Ölkə rəhbərliyi açıq şəkildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edir. Baş naziri Nikol Paşinyan isə qeyd edib ki, İrəvanın bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər. Dünən isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib ki,bu layihə sadəcə ictimai sənəddir .
Tural Tağıyev
AzVision.az

Seçilən
17
50
azvision.az

10Mənbələr