Gürcüstan ABŞ ilə münasibətlərin sıfırdan başlamasına və strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə yenilənməsinə hazırdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, bu proses Aİ-Gürcüstan münasibətləri üçün nəzərdə tutulmuş Assosiasiya Gündəliyinə bənzər bir plan əsasında həyata keçirilə bilər:
“Biz strateji tərəfdaşlığı konkret göstəricilər və hədəf parametrləri ilə yeniləməyə hazırıq. Yeni ABŞ administrasiyası ilə dəyərlərimiz üst-üstə düşür. Hər şey Prezident Donald Trampın administrasiyasının ABŞ-də "dərin dövlət"lə mübarizəsində nə dərəcədə uğurlu olacağından asılıdır. Biz bu məsələdə optimistik və Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasına tam hazırıq".
"Cebheinfo.az"