Leninqrad vilayətində, Murino şəhərinin Mixail (dəyişdirilib - red.) adlı 29 yaşlı sakini qaldığı evdə öz cinsini dəyişmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mash na Moyke" Telegram kanalı yazıb. Şəhərin Şuvalov istiqamətində mənzil kirayələyən oğlan son dərəcə ağır vəziyyətdə xaya nahiyəsinə nüfuz edən yara ilə Toksovskaya xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.
Həkimlərin sualına cavabında o, mütəxəssislərə müraciət etmədən cinsiyyətini təkbaşına dəyişmək istədiyini, ona görə də mətbəx bıçağı götürərək bütün həssas nahiyələrini kəsməyə çalışdığını bildirib. Həkimlər isə gənci xilas etmək üçün əməliyyat keçirməli olublar. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirmək üçün özünə gəlməsini gözləyirlər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta