23 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, 1 milyon manatlıq istiqrazlara 1 investor 1 sifariş təqdimedib.
Emissiya tam məbləğdə yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: BOKT "İnternational" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2024021027/ AZ2023021028, AZ2022021029/ AZ2021021020
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Minimal qiymət: 1000 (15.0000%) manat
Maksimal qiymət: 1000 (15.0000%) manat
Kəsmə qiyməti: 1000 (15.0000%) manat
Ortaçəkili qiyməti: 1000 (15.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir
Tədavül müddəti: 2 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC