AZ

Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat

Son 5 ildə qazanılan yeni milli və siyasi kimlik Zəfər Konstitusiyasının qəbulunu zəruri edir. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 
 
 
"Referendumun keçirilməsi ilə qalib vətəndaşlarımızı, bütün ictimai-siyasi təşkilat və hərəkatları ümumxalq prosesinə qoşmağa ehtiyac duyulur. Son illə müqayisədə dövlət-vətəndaş müanisbətləri köklü şəkildə dəyişib. Eyni zamanda, son illər fərqli idarəetmə təsisatları, məsələn, xüsusi nümayəndəlik institutu icra hakimiyyətləri ilə yanaşı, nəinki azad torpaqlarda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında tətbiq edilib.Konstitusion dəyişikliklər millətimizin gələcəyini formalaşdırmaq baxımından həyati zərurətə çevrilib", - o bildirib. 
 


www.anews.az
Seçilən
11
anews.az

1Mənbələr