Futzal üzrə Azərbaycan kubokunda yaşanan qalmaqalla bağlı ölçü götürülüb.
Fanat.Az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi “Neftçi” İK İB – “Star Karqo” oyununda baş verənləri müzakirə edib.
“Star Karqo”nun oyunçusu Qərib İbrahimov matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb. O, cəzalandıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərib. Buna görə AFFA futzalçını 5 oyunluq cəzalandırıb.