AZ

Telefon qutusunu bəyənməyən şəxs mağazaya atəş AÇDI: 2 yaralı var - VİDEO

Ajans.az xəbər verir ki, hadisə zamanı 2 nəfər yüngül xəsarət alıb, şübhəli şəxs isə polis tərəfindən yaxalanıb.

Kahramanmaraşda baş verən hadisədə adı açıqlanmayan şəxs telefon mağazasına gələrək telefon qutusu almaq istəyib. Ona göstərilən telefon qutularını bəyənməyən şəxs qışqıraraq iş yerini tərk edib.

Bir müddət sonra mağazaya gələn şübhəli şəxs əlindəki ov tüfəngi ilə telefon mağazasına atəş açıb. Ətrafdakı polisin müdaxiləsi ilə şübhəli yaxalanıb. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Seçilən
13
Ajans.az

1Mənbələr