AZ

ÇL-də son tur ərəfəsində kimlər pley-offu təmin edib?

Bu mövsümdən yeni formatla keçirilən Çempionlar Liqasında əsas mərhələnin 7-ci turuna yekun vuruldu.

''Football-plus.az'' xəbər verir ki, həm pley-offa vəsiqə qazanan, həm də pley-off şansını itirən komandaların böyük əksəriyyətinin adına aydınlıq gəlib.

Xatırladaq ki, ilk 8 pilləni tutanlar pley-off oynamadan birbaşa 1/8 finala yüksələrək rəqiblərini gözləyəcəklər. 9-24-cü pilləni tutanlar isə mübarizəni davam etdirmək üçün pley-off oyunları keçirməli olacaqlar. İlk 6 turda maksimum xal toplayan ''Liverpul'' birbasa 1/8-ə vəsiqə qazanan yeganə komanda idi. 7-ci turdan sonra ''Liverpul''a ''Barselona'' da qoşuldu.

Beləliklə, bu komandalar üçün əsas mərhələnin sonuncu turu formal xarakter daşıyacaq. 16 komanda isə ən azı pley-offu özü üçün təmin edib. Bunlar ''Arsenal'', ''İnter'', ''Atletiko'', ''Milan'', ''Atalanta'', ''Bayer-04'', ''Aston Villa'', ''Monako'', ''Feyenoord'', ''Lill'', ''Brest'', ''Borussiya'' D, ''Bavariya'', 'Rea'', ''Yuventus'' və ''Seltik''di. Maraqlıdı ki, PSJ ilə ''Ştutqart'' son turda bir-biri ilə oynayacaq və pley-off üçün onların ikisinə də bir xal kifayət edəcək. Yəni oyun heç-heçə bitəcəyi təqdirdə hər iki kollektiv 99,9 faiz ''24-lüy''ə düşəcək. Buna yalnız Zaqreb ''Dinamo''sunun ''Milan'' üzərində 7 top fərqli qələbəsi mane ola bilər.

Maraqlısı odu ki, son tur ərəfəsində ''Mançester Siti'' nəinki pley-offu təmin etməyib, bu komanda hətta pley-off zonasından da kənardadı! 2023-cü ildə bu turnirin qalibi olmuş Xosep Qvardiolanın komandası 7-ci turu 25-ci pillədə tamamlayıb. Amma ''şəhərlilər'' son turda evdə ''Brügge''ni yenəcəkləri təqdirdə pley-offa vəsiqə qazanacaqlar. Bu arada pley-off şansını itirən 9 kollektiv də artıq bəllidi.

Daha öncə ''Yanq Boyz'', ''Slovan'' və ''Leyptsiq'' ''24-lüy''ə düşmək şansını itirmişdisə, 7-ci turdan sonra onlara ''Jirona'', ''Srvena Zvezda'', ''Zaltsburq'', ''Şturm'', ''Sparta'' və ''Bolonya'' da qoşuldu.

ƏLİ

Seçilən
15
4
football-plus.az

4Mənbələr