AZ

DƏHŞƏT: 16 yaşlı yeniyetmə atasını güllələyib öldürdü

Türkiyənin Konya vilayətində 16 yaşlı yeniyetmə mübahisə zamanı 40 yaşlı atası Özcan Özeri ov tüfəngi ilə vuraraq öldürüb.

Medianews.az xəbər verir ki, 16 yaşlı yeniyetmənin atasını vurmasının səbəbi diqqət çəkib.

İ.Ö.-nin ilk ifadəsində atası Özcan Özerin anasına, özünə və qardaşlarına qarşı davamlı zorakılıq tətbiq etdiyini bildirib.

Mübahisə zamanı İ.Ö ov tüfəngi ilə atası Ö.Özerə atəş açıb. Bədəninin müxtəlif yerlərindən yaralanan Özcan Özer qanlar içində yerə yıxılıb. Ailə üzvlərinin xəbəri üzərinə jandarma və təcili yardım hadisə yerinə gəlib. Ö.Özer təcili yardımın müdaxiləsinə baxmayaraq həyatını itirib. 16 yaşlı yeniyetmə jandarma qrupları tərəfindən saxlanılıb.

Medianews.az

Seçilən
27
medianews.az

1Mənbələr