AZ

Mikel Arteta Zaqreb “Dinamo”su üzərində qələbəni şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Zaqreb “Dinamo”su ilə ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, London klubu bu görüşdə 3:0 hesablı inamlı qələbə qazanıb.

Mikel Arteta matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mən nəticədən çox məmnunam, çünki bu, demək olar ki, işimizin icra edildiyinin göstəricisidir. Bizim, istədiyimiz yerə çatmaq üçün qalib gəlməli olduğumuz daha bir oyunumuz olacaq. Bu, əla oyun idi. Kifayət qədər təhlükəli məqamlar yaratdıq. Ümumilikdə, oyunçularım tapşırığın öhdəsindən gəldilər.

Biz rəqibin qapıya bircə zərbə belə, vurmasına imkan vermədik. Bu, yalnız komandanın meydandakı fəaliyyətində həqiqətən diqqətə köklənmiş olunduğunu göstərir. Daimi növbələşməyə rəğmən, Çempionlar Liqasında evdə ardıcıl dörd “quru” oyun keçirmişik. Mən hesab edirəm ki, bu, çox müsbət nəticədir. İndi çempionatda “Vulverhempton”la oyuna hazırlaşırıq, sonra “Jirona” ilə oyunumuz var, biz Çempionlar Liqasında bu mərhələni ən yaxşı surətdə başa vurmaq istəyirik”, – “Arsenal”ın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Keçirdiyi 7 oyunda 16 xal toplamış “Arsenal” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Topçular” yarışın ələmə mərhələsinə birbaşa vəsiqəni – 1/8 final mərhələsini hədəfləyiblər.

Zaqreb “Dinamo”su isə 8 xalla 26-cı pillədədir.

Seçilən
19
50
arena.az

10Mənbələr