AZ

Trampın sözləri Kremlin “xətrinə dəyib” - Peskov cavab verdi

Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqına kömək edib, lakin “onlar üçün bu, biznes idi”.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Amerika Prezidenti Donald Trampın Rusiyanın ABŞ-yə həmin müharibədə qalib gəlməsinə kömək etməsi ilə bağlı sözlərini şərh edərkən deyib.

Peskov jurnalistlərin Trampın “Rusiya bizə İkinci Dünya Müharibəsində qalib gəlməyimizə kömək edib” ifadəsinə şərh istərkən Kremlin sözçüsü deyib: “Cənab Prezidentə(Trampa-red.) hörmətlə yanaşsaq da, onun bu sözləri ilə razılaşa bilmirik. Prezident Tramp artıq qeyd edib ki, Amerika ilə Avropa arasında bir okean var, müharibə başqa qitədə gedirdi...”

Peskovun sözlərinə görə, “SSRİ qələbə üçün ən yüksək qiyməti ödəyib, ABŞ kömək etsə də, onlar bundan pul qazanıb, bu, həmişə biznesdir”.

Kremlin sözçüsü hesab edir ki, Vaşinqton hazırda da Ukraynaya kömək etməklə pul qazanır.

Bununla yanaşı, Peskov yenə Trampa “jest etməyə” çalışıb: “Biz ABŞ-nin İkinci Dünya Müharibəsindəki yardımını heç vaxt unutmayacağıq. Ümid edirik ki, ABŞ və Tramp Qələbənin 80-ci ildönümü sevincini bizimlə bölüşəcək”.

Qeyd edək ki, bir gün əvvəl Tramp rus xalqını sevdiyini və Vladimir Putinlə həmişə çox yaxşı münasibətlərdə olduğunu bildirib.

Lakin eyni zamanda, SSRİ-nin İkinci Dünya Müharibəsindəki rolunu ABŞ-dən aşağı qiymətləndirib: “Biz heç vaxt unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək edib, bu prosesdə təxminən 60 milyon insanının həyatını itirib”.

Əlavə edək ki, SSRİ rəsmi bəyanatlarında sözügedən müharibədə 20 milyondan artıq vətəndaşının həlak olduğunu qeyd edirdi.

“AzPolitika.info”

Seçilən
21
38
azpolitika.info

10Mənbələr