Polşanın Kraniça şəhərində sərnişin qatarı xarab olub.
News24.az xəbər verir ki, Slovakiyaya istiqamətində hərəkət edən qatarda qəfil nasazlıq yaranıb.
Maşinist nasazlığın aradan qaldırılması üçün qatarı məcburi şəkildə Jdrovda saxlayıb. Texniki nasazlıq aradan qaldırılana qədər sərnişinlər 2 saata yaxın gözləməli olub.
Texniki baxış xidmətinin icazəsindən sonra qatarın hərəkətinə icazə verilib.
Qeyd edək ki, bu ay ərzində ikinci belə hadisə baş verir. Bundan öncə yük qatarı hərəkət zamanı xarab olmuşdu.
Ağa Dadaşzadə