ABŞ Milli Təhlükəsizlik Şurası Ukrayna, İran və Koreya Xalq Demokratik Respublikasına (KXDR) cavabdeh olan onlarla əməkdaşı işdən azad edib.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Qərar o qədər qəfil olub ki, bəzi məmurlar vizit kartları işləməyi dayandırdığı üçün Ağ Ev kompleksini fiziki olaraq tərk edə bilməyiblər.
Nəticədə, Gizli Xidmət agentləri keçidləri bloklananlar üçün qapıları əl ilə açmalı olublar.