Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Qanunun 2.1. 7-ci maddəsinin I hissəsinə "mülki silah" sözlərindən sonra "(odlu silah istisna olmaqla)" sözləri və "Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır." məzmununda ikinci cümlə əlavə edilir.