AZ

Korrupsiya risklərinin idarə edilməsi poseduru müəyyənləşir

Bakı. Trend:

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizəkomitəsinin iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunadəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend xəbərverir ki, qanun layihəsinə əsasən, sənədə “Orqanların (qurumların)fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi” adlı 8-1-cimaddə əlavə edilir.

Layihəyə görə, orqanın (qurumun) rəhbəri korrupsiya risklərininidarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyənedir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi biliktələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Orqanda(qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatəedən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili vəqiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarhaqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinəəsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu strukturbölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərininqərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi,təhlili və qiymətləndirilməsi keçirilə bilər.

Qanun layihəsinə əsasən, korrupsiya risklərinin müəyyənedilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkənaşağıdakı məlumatlar nəzərə alınır:
- hüquqi və fiziki şəxslər arasında keçirilən sorğularınnəticələri;
- korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olanmüraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmalarınnəticələri;
- mediada, həmçinin internet informasiya ehtiyatlarında və yainformasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya vəkorrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olandigər məlumatlar;
- orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;
- orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadiolaraq baş verən korrupsiyaya şərait yaradan hallar;
- orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatındabaxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlımüvafiq qərarlar.

Sənəd layihəsinə görə, korrupsiya riskləri, həmin risklərə uyğunolaraq müəyyən edilən hədəflər, eləcə də risklərinqiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçünmüəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiştədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun1-dək Komissiyaya təqdim edilməlidir. Korrupsiya riskləri, həminrisklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərinqiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədəməlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır. Komissiya buQanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdim edilənməlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiyarisklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyayaqarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi iləbağlı təkliflər verə bilər.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

3Mənbələr