AZ

Avropa 2024-cü ildə kömürdən asılılığını azaldıb

Avropa İttifaqında (Aİ) elektrik enerjisi istehsalında günəş enerjisinin payı ilk dəfə 2024-cü ildə kömürü keçib.

“Cebheinfo.az” xəbər verir ki, Londonda yerləşən beynəlxalq enerji analitik mərkəzi “Ember” tərəfindən Avropa Elektrik Enerjisinin Qiymətləndirilməsi hesabatına əsasən, Aİ-nin elektrik sektoru “Avropa Yaşıl Sövdələşmə” çərçivəsində dərin transformasiyadan keçir.

Ötən il Aİ elektrik enerjisi istehsalında günəş enerjisinin payı 11 faizə çatdığı halda, kömürün payı ilk dəfə olaraq 10 faizdən aşağı düşüb. 

Beləliklə, Aİ elektrik enerjisi istehsalında günəş enerjisinin payı ilk dəfə 2024-cü ildə kömürü ötüb.

Elektrik enerjisi istehsalında külək enerjisinin payı 17 faiz, təbii qazın payı isə 16 faiz təşkil edib.

Aİ-də “Yaşıl Sövdələşmə”dən əvvəl 2019-cu ildə elektrik enerjisi istehsalında qalıq yanacaqların payı 39 faiz, bərpa olunan mənbələrin payı isə 34 faiz olaraq hesablanmışdı.

Hesabata görə, Aİ ölkələrinin yarısında hazırda elektrik enerjisi istehsalında kömür yoxdur və ya 5 faizdən azdır, halbuki hər bir Aİ ölkəsində günəş istehsalı artır.

Kömür 2019-cu ildə Aİ-nin üçüncü ən böyük elektrik enerjisi istehsalı mənbəyi olub. Aİ-də təbii qazdan elektrik enerjisi istehsalı da ardıcıl beşinci ildir ki, azalma tendensiyasını davam etdirir.

“Ember” hesablayır ki, Aİ son beş ildə yeni külək və günəş enerjisi gücü hesabına 59 milyard dollarlıq qalıq yanacaq idxalına qənaət edib.

“Ember” baş analitiki və hesabatın aparıcı müəllifi Chris Rosslou deyib ki, Avropa İttifaqının elektrik enerjisinə keçidi son beş ildə gözləniləndən daha sürətlə irəliləyib:

“Xüsusilə bərpa olunan enerji mənbələrinin (külək və günəş enerjisi) ümumi enerji istehlakındakı payı artırılmalıdır. 2030-cu ilədək külək enerjisi qurğuları 2024-cü il səviyyəsi ilə müqayisədə iki dəfədən çox artmalıdır".

Rosslou qeyd edib ki, son beş ildə əldə olunan uğurlar gələcəyə inam yaratmalıdır.

Seçilən
36
50
cebheinfo.az

10Mənbələr