AZ

Ötən il yol təsərrüfatına ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumiistifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinəziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi başverib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki. bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük,3 ədəd məlumat lövhəsi, 200 m2 fibrobeton,10 m2 travertin, 2 ədədteksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56 m2 alkaponyararsız hala düşüb.

"Ümumilikdə yol təsərrüfatına 890 711,44 manat məbləğində maddiziyan dəymiş, bundan 457 371,23 manatı (51,34 %) ödənilib.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 700 yolnəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciətolunmuş, 9 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyatvasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 79 yolnəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onlarınaraşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinəmüraciət olunub",- deyə məlumatda qeyd edilib.

Seçilən
13
az.trend.az

1Mənbələr