AZ

İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib

Bakı. Trend:

İrandan Azərbaycana gətirilən 20 min 60 kq qida məhsullundauyğunsuzluq aşkarlanıb.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində İrandan idxalolunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyinmüfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsinəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinəcavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

Məhsulun miqdarı

İstehsalçı

İdxalçı

Məhsul partiyası

Turşu lavaş

14850 kq

“Reza Ghaderi”

"Yedcon 2024" MMC

17.10.2024-17.10.2026

Ərik qurusu

4110 kq

“Hasan Mohammadloo”

"Yedcon 2024" MMC

20.09.2024-20.09.2025

Şirin çörək

(keks)

1100 kq

“Shırın Gholat Bonab”

Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu

25.09.2024-25.02.2025

Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyalarıməhv edilib.

Seçilən
17
7
az.trend.az

9Mənbələr