“Real” ötən mövsümün ən çox gəlir əldə edən klubu oldu
İspaniyanın “Real Madrid” klubu dünyanın ən gəlirli futbol klublarının reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə tədqiqat “Deloitte” şirkəti tərəfindən aparılıb.
Mənbənin məlumatına görə, 2023/24 mövsümündə “Real Madrid”in gəliri 1 milyard 460 min avronu keçib, hansı ki, bu, tədqiqatlar tarixində ən yaxşı nəticədir.
Bir il əvvəl Madrid klubunun gəliri 831 milyon avro təşkil edib.
Bu göstəricidə ikinci yeri İngiltərənin “Mançester Siti”si (838 milyon avro), üçüncü yeri isə Fransanın “Paris Sen-Jermen”i (806 milyon avro) tutub.
İlk onluqda həmçinin “Mançester Yunayted” (İngiltərə, 771 milyon avro), “Bavariya” (Almaniya, 765 milyon avro), “Barselona” (İspaniya, 760 milyon avro), “Arsenal” (İngiltərə, 717 milyon avro), “Liverpul” (İngiltərə, 715 milyon avro), “Tottenhem” (İngiltərə, 615 milyon avro) və “Çelsi” (İngiltərə, 546 milyon avro) yer alıb.
Reytinqdə yer alan klubların ümumi gəliri 11,2 milyard avro təşkil edib ki, bu da əvvəlki tədqiqat dövrünün göstəricilərini 6% ötüb.
Tədqiqat klubların illik maliyyə hesabatlarına və ya ayrı-ayrı klublar tərəfindən təqdim edilən məlumatlara əsaslanıb.