AZ

Jurnalist Xəzər.TV-ni tənqid etdi

"Xəzər.TV-də "Təsir dairəsi" gedir. Lalə Azərtaş implantoloq Sənan Xankişiyevə bəytərifi deyir, əyani nümunə olaraq, ekranın bir zolağında da pasiyentin ağzı göstərilir. Mən də yemək yeyirəm. Təsəvvür edin: çürük dişlər sərgisi, əməliyyatdan sonrakı qanlı ağız və s."

XəzərNews.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Aydın Can sosial şəbəkə hesabında yazıb.

A.Can Lalə Azərtaşa sual da ünvanlayıb:

"Ginekoloqların reklamı olanda neyləyəcəksiniz, bizə vaginanın içini, əməliyyatdan sonrakı durumunu göstərəcəksiniz? Uroloqlar danışanda, paralel zolaqda penis nümayiş etdiriləcəkmi? Efir mədəniyyəti deyilən bir şeydən xəzər.tv rəhbərliyi ümimiyyətlə xəbərdardırmı, Lalə Azərtaşı instruktaj eləsin?"

Xəbər 3 dəfə oxunub.
Seçilən
11
xezernews.az

1Mənbələr