Pakistanın Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Pakistanın Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 78 nəfər həyatını itirib.