AZ

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Bakı, 23 yanvar, AZƏRTAC

Son 10 ildə Orta dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu dinamika özünü gəmi-bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında da özünü göstərir.

Belə ki, 2015-ci ildə 38 min 79 ədəd avtotexnika (TİR) və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 min 71 ədədə çatıb. Bu da ümumilikdə 102,4 faiz və ya 2 dəfədən çox artım deməkdir.

Seçilən
32
azertag.az

1Mənbələr