Ajans.az xəbər verir ki, yanğına məruz qalanları xilas etmək üçün yenidən içəri girəndə onların həyatını itirdiyi məlum olub.
Başkent Universiteti Tibb Fakültəsinin son kurs tələbəsi, təcrübəçi həkim Yiğit Gençbay və özəl şirkətdə mühəndis-mexanik işləyən dostu Alp Mercan xizək tətili üçün Boludakı Kartalkaya Kayak Mərkəzinə gediblər.
Orta məktəbdən dost olan Gençbay və Mercan 12 mərtəbəli Grand Kartal otelinin 2-ci mərtəbəsində eyni otaqda qalıb. Onlar yanğın zamanı oyanıb. Gençbay və Mercan sürətlə tüstünün arasından keçərək binanı tərk edərək xizək təlimatçılarına zəng edərək vəziyyətlərinin yaxşı olduğunu bildiriblər. Lakin Gençbay və Mercan oteldən gələn kömək çığırtılarını eşidərək insanların həyatını qurtarmaq üçün qayıtmağa qərar veriblər. Daha sonra iki dostdan xəbər alınmayıb. Yanğın söndürüldükdən sonra iki dostun meyiti tapılıb.