AZ

Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

Image

Akif Nəsirli: “Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin azaldılması məqsədi ilə bu qanun qüvvəyə minib”

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən iclasında müzakirə edilib. Maraqlıdır, yoxlamaların daha bir il dayandırılması sahibkarlar üçün nə vəd edir?

“Sahibkarlıq fəaliyyətinin, sahibkarlıq mühitinin sadələşməsi, əlçatan olması üçün və sahibkarların daha rahat şəkildə öz fəaliyyəti ilə məşğul olması baxımından yoxlamaların dayandırılması məqsədəuyğundur”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yoxlamaların bir il  müddətində dayandırılması təqdirəlayiq haldır: “Məlumdur ki, bir neçə ildir Azərbaycan hökuməti bu istiqamətdə müəyyən işlər görür. Sahibkarlıq fəaliyyətinin, sahibkarlıq mühitinin sadələşməsi, əlçatan olması üçün və sahibkarların daha rahat şəkildə öz fəaliyyəti ilə məşğul olması baxımından yoxlamaların dayandırılması məqsədəuyğundur. Danılmaz faktdır ki, hazırda ölkədə ağır vergi yükü var. Bu vergi yükünün üstünə yoxlamaların keçirilməsi sahibkarların fəaliyyətinə mane olardı.  Bu baxımdan yoxlamaların bir il müddətinə də dayandırılması alqışlanmalıdır. Məlum qərar sahibkarların daha rahat fəaliyyət göstərməsinə səbəb olacaq. Son iki ildə bir çox sahibkar fəaliyyətini dayandırıb. Bundan əvvəlki illərdə də bu qərar verilmişdi. Bu qərar indi daha bir il uzadılıb. Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin azaldılması məqsədi ilə bu qanun qüvvəyə minib. Qərar təqdirəlayiqdir. Qanunun müddəti uzadılmasaydı, əlavə dəyişikliklər edilməsəydi, müvafiq orqanlar qarşısında heç bir maneə olmayacaqdı. Hərə bir tərəfdən sahibkarı yoxlayır, onları cərimələyir, sanksiyalar qoyur və s. Ona görə də sahibkarlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Bu yoxlamalar da gəlsə, o zaman ölkədə fəaliyyət göstərən sahibkar qalmaz”.

Günel CƏLİLOVA 





Seçilən
28
30
baki-xeber.com

10Mənbələr