AZ

Finlandiyanın xarici işlər naziri: Ukraynaya dəstək ATƏT-ə sədrliyin prioriteti olacaq

Finlandiya XİN rəhbəri bildirib ki, bu dövr ərzində Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin dəstəklənməsi əsas prioritetləri olacaq.

Ukraynaya gələcək dəstəyin göstərilməsi Finlandiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyinin prioriteti olacaq.

"Operativ Media" xəbər verir ki, bunu qurumun yeni sədri, respublika Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen vəzifəsinin icrasına başlaması münasibətilə çıxışında deyib.

"Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin dəstəklənməsi işimizin və sədrliyimizin prioriteti olacaq", - o, qeyd edib.

Qeyd edək ki, yanvar ayında Finlandiya 2025-ci il üçün ATƏT-ə sədrliyi öz üzərinə götürüb.

 

Seçilən
10
operativmedia.az

1Mənbələr