Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi milli mətbuatımızın 150 illiyi münsibəti ilə “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini reallaşdırıb.Missiya.Az xəbər verir ki, layihə çərçivəsində yanvarın 21-də və 22-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilmiş təlimlərlə bağlı Azərbaycan Mətbuat Şurasında mətbuat konfransı keçirilib. Konfrans iştirakçıları belə layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar.
Bildiriblər ki, peşəkar fotojurnalistlərimizin sayı çox azdır, jurnalistika fakültəsinin tələbələri həmin istiqamətdə yetişdirilməlidir. Tələbələrin təlimlərə həvəs göstərməsi, fotojurnalistikanın sirlərini və praktiki vərdişləri mənimsəmək istəyi çox qürurvericidir. O da qeyd edilib ki, istər fotoların düzgün qaydada çəkilməsi, informasiyanın, xəbər yükünün dolğun çatdırılmasını fotojurnalist olmaq istəyənlər mükəmməl şəkildə bilməli və bunun üçün çalışmalıdır.
Qeyd edək ki, təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar, müəllim və təlimçilərə isə təşəkkürnamələr təqdim edilib.
Zərintac MayisqızıMissiya.Az