Bakı. Trend:
Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işlərisürətlə davam etdirilməkdədir. Bu işlər çərçivəsində kəndinelektrik və su xətləri, qaz təchizatı, eləcə də kanalizasiyaşəbəkəsi yenidən inşa olunub.
Trend-in əldəetdiyi məlumata görə, bu işlərin davamı olaraq kəndin sahədaxilimühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qazxətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işləri növbətidəfə yaxşılaşdırılacaq.
Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərəyekun vurulub.
Qurum kənddə sözügedən işlərin icrasını "Körpü-Bina-Tikinti"Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.
Müqaviləyə əsasən, şirkətə 29,9 milyon manat ödənilib.
Qeyd edək ki, Xıdırlı kəndində sözügedən işlərin icrasınınhəvalə olunduğu "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-ninqanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xatırladaq ki, Xıdırlı Kəndi 1993-cü ildə Ermənistan silahlıqüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsindəAzərbaycan Ordusunun qələbəsindən sonra kənd Azərbaycana geriqaytarılıb.
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlıkəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb.Layihələndirilən ümumi ərazi 418 hektardır.