Ukrayna Rusiya ilə müharibədə 600-700 minə yaxın insan itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Ev brifinqdə deyib.
O bildirib ki, Rusiyanın itkiləri isə təxminən 800 mindir:
“Real rəqəmlər açıqlanmır. Daha çox insan həlak olub, bilirsiniz. Mən burada real rəqəmləri açıqlamaq istəməyən hökumətimizi qınayıram”.