AZ

Azərbaycanın kimya sənayesi məhsulları ixracı artıb

Bakı. Trend:

Ötən il Azərbaycandan 293,7 milyon ABŞ dolları dəyərində 1,1milyon ton kimya sənayesi məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixracedilən kimya sənayesi məhsullarının dəyəri 45,5 milyon ABŞ dolları(18,3%), həcmi isə 169,5 min ton (18%) artıb.

Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumiixracdakı payının 1,11%-ni, qeyri-neft sektoru üzrə isə 8,75%-nitəşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Seçilən
8
29
az.trend.az

10Mənbələr