Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ciil 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqişəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqişəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması vəfəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinyaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti vəİdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması vəfəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərmanimzalayıb.
Trend xəbər verir ki, Fərmanaəsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyuntarixli 1375 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I);2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-1 – 3.1.16-3-cüvə 4.7.7-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.16-1. idarə etdiyi çoxmənzilli binaları isti su vəistiliklə təchiz etmək, həmin binaların istilik enerjisinətələbatının ödənilməsini təmin etmək;
3.1.16-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarəedilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, carivə əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxilolmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqaviləilə müəyyən edilmiş məbləğdə haqq almaq;
3.1.16-3. müvafiq ərazidə müqavilə əsasında isti su və istiliktəchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə iləmüəyyən edilmiş məbləğdə haqq almaq (o cümlədən bu Nizamnamənin3.1.16-1-ci yarımbəndində göstərilən hallarda);”;
“4.7.7-1. bu Nizamnamənin 3.1.16-2-ci və 3.1.16-3-cüyarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərinitəsdiq etmək;”.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373) ilətəsdiq edilmiş “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakıdəyişikliklər edilsin:
2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl“müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərindəgöstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiqetmək;”.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373) ilətəsdiq edilmiş “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakıdəyişikliklər edilsin:
3.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl“müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərindəgöstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiqetmək;”.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 343, № 7,maddə 794) ilə təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişiklikləredilsin:
4.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl“müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərindəgöstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiqetmək;”.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2024, № 4, maddə 372) ilə təsdiq edilmiş “Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişiklikləredilsin:
5.1. 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərə “haqq” sözündən əvvəl“müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. bu Nizamnamənin 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərindəgöstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiqetmək;”.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2024, № 7, maddə 793) ilə təsdiq edilmiş “Kəlbəcərrayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndəaşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl“müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərindəgöstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiqetmək;”.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəligələn məsələləri həll etsin.