AZ

Ekspert: "Müəllimlik bir aktyorluqdur, səhnəni elə aparmalısan ki, şagird sənə diqqət ayırsın”

Bəzi valideynlər düşünür ki, hazırkı dərsliklər ibtidai sinif şagirdləri üçün həddindən artıq çətindir. Valideynlər daha çox ingilis dili dərsliklərinin ibtidai sinif üçün çətin olduğundan şikayətçidirlər. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.Bəs aşağı sinif şagirdləri üçün ingilis dili dərslikləri həqiqətən də mürəkkəbdir?TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eskperti Ramin Nurəliyev bildirib ki, o, özü də bu hallarla qarşılaşıb. Dediyinə görə, aşağı siniflərdə tapşırıqlarda bir az çətinlik dərəcəsi var, amma tam da çətin deyil:“Valideynlərə çətin gəlməsinin səbəbi odur ki, onların tədris aldığı vaxt kurikulum sistemi yox idi. Valideynlərə dərslər kurikulumla keçirilsəydi, onlar çətinlik qarşısında qalmazdı, onlar əvvəlki metodla tədris prosesi gördüyü üçün indiki kurikulumla olan dərs prosesi valideynlərə çətin gəlir. Nazirliyin kitablara saldığı tapşırıqlar da, kurikulum sisteminə uyğun olaraq normal səviyyədədir”.

Seçilən
14
1
tehsilforumu.az

2Mənbələr