"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda PSJ ilə oyunda komandasının məğlubiyyətindən sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Mirror" oyunun gedişində 2:0 öndə olsa da, 2:4 hesabı ilə uduzan “şəhərlilər”in çalışdırıcısının şərhini belə təqdim edib:
"Oyunun ilk hissəsində hər iki komandanın şansları oldu. Onlar əsas məqamlarda daha güclü idilər. İki sürətli qol vurduq, lakin sonra eynilə qısa müddətdə də iki top buraxdıq. Buraxdığımız ilk qol bir növ nokaut idi. Bundan sonra daha sürətli, daha fəal olan rəqib növbəti qolları vurub fərqi artırdı. Biz issə bunun öhdəsindən gələ bilmədik. Xüsusilə onlarən "yalançı 9 nömrə"sinin qarşısını ala bilmədik”.
Bu məğlubiyyətdən sonra "Mançester Siti" cəmi 8 xal toplayaraq Çempionlar Liqasının turnir cədvəlində 25-ci yerə düşüb. Komanda turnirin pley-off mərhələsinə birbaşa vəsiqə qazanmaq imkanını itirib.
Mirağa